<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Rəbbim, susamışam su axtaran maral kimi İL506</title>
<lyrics>[V1]
 Rəbbim, susamışam su axtaran maral kimi,
 Səndən başqa heç kəs mənim
 Susuzluğumu söndürə bilməz.
 Ya Rəbb, daim Sənin hüzurunda olmaq istərəm,
 Doldur məni Öz Ruhunla,
 Sənin diri suların qoy axsın daxilimdə.

[C1]
   Qoy axsın çayların, qoy yağsın yağışın,
   Doldursun daxilimi diri sularla.
   Lütfün, məhəbbətin, mərhəmətin gəlsin,
   Pak yaşamağa kömək etsin.
   Müqəddəssən!

[V2]
 Sənin yollarını dərk etməyə kömək eylə
 Və bu yolda düz getməkçün Öz Ruhunla idarə eylə.
 Qoy Müqəddəs Ruhun alovlansın qəlbimizdə,
 Ya Rəbb, yalvarırıq Sənə
 Çatdır bizi Göylərə, doğma Vətənimizə.

[V3]
 İsa, öyrət bizə Sənə necə xidmət edək,
 Sənin yollarınla doğru, düzgün gədək.</lyrics>
<hymn_number>506</hymn_number>
</song>